Qəzza zolağında son iki gündə İsrail hərbçilərinin əməliyyatları nəticəsində 60-dan çox fələstinli ölüb, 150-yə yaxın fələstinli yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 48 saat ərzində Qəzza zolağında 62 nəfər həlak olub, daha 147 nəfər yaralanıb”, - departamentin açıqlamasında bildirilir.
Qeyd edilib ki, ümumilikdə, ötən ilin oktyabrında İsrail hərbi əməliyyatları başlayandan indiyədək anklavın müxtəlif ərazilərində 43 665 fələstinli həlak olub, 103 076 nəfər isə yaralanıb.