2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 011 nəfərə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu dövr ərzində ümumilikdə 87 445 nəfər yaralanıb.
Məlumata görə, son 24 saat ərzində 58 nəfər ölüb, 179 nəfər yaralanıb.