Operativ Məlumat Mərkəzi

Qəzza zolağında atəşkəsin ikinci mərhələsi üçün toplanacaqlar

1 dəq
Paylaş:
Qəzza zolağında atəşkəsin ikinci mərhələsi üçün toplanacaqlar
bununla bağlı xarici KİV məlumat yayıb. İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın...

İsrailin siyasi və təhlükəsizlik kabinetinin Qəzzada atəşkəs və HƏMAS ilə əldə olunan məhbus mübadiləsi razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün toplanacağı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada, baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşdüyü qeyd edilib.

Netanyahu Vitkoffa atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün sabah kabineti toplayacağını bildirib.

Fevralın 8-də İsrail nümayəndə heyəti Dohaya getsə də, nümayəndə heyətinə ikinci mərhələ üzrə danışıqlar aparmaq səlahiyyəti verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər