Əsas məzmuna keç

Qəzənfər Abbasov: Müəllimlərin attestasiyası inkişaf üçün vacibdir

Qəzənfər Abbasov: Müəllimlərin attestasiyası inkişaf üçün vacibdir

Mədəniyyət Nazirliyinin müəllimlər üçün keçirdiyi attestasiyanı şərh edən pedaqoq Qəzənfər Abbasov, bu prosesin sahənin inkişafına verəcəyi mühüm töhfələri açıqladı.

en ru

“ Nazirliyi tərəfindən ötən ildən həyata keçirilən məktəbləri müəllimlərinin attestasiyası bu sahənin tərəqqisi üçün vacibdir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Əməkdar , tanınmış xanəndə və pedaqoq bildirib.

Uzun illərdir incəsənət sahəsində tədrislə məşğul olan xanəndə müəllimlərin bilik və bacarıqlarının ölçülməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, attestasiya prosesi bu sahədə fəaliyyət göstərən müəllimlərin məsuliyyətinin artmasına səbəb olub.

“Mən attestasiyada xanəndəlik ixtisası üzrə proqramın tərtibatında yaxından iştirak etmişəm. Ümumiyyətlə, bütün ixtisaslar üzrə proqram aylar öncədən müəllimlərə təqdim olunub. Həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən attestasiya komissiyalarının üzvləri və müəllimlərlə dəfələrlə maarifləndirici görüşlər keçirilib, onlara müvafiq tövsiyələr verilib. Bir sözlə, təhsilverənlərin öz bilik və bacarıqlarını rahat şəkildə nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb”, - Q.Abbasov bildirib.

Xanəndə bütün respublikanı əhatə edən attestasiya prosesinin incəsənət təhsilinin real inkişafı ilə nəticələnəcəyini vurğulayıb: “Düşünürəm ki, bütün sahələrdə, o cümlədən incəsənət təhsilində də işi peşəkarlara həvalə etməliyik. Bu, mədəniyyətimizin inkişafı üçün zəruridir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…