Yunanıstanda 57 nəfərin həyatını itirdiyi qatar qəzasının təfərrüatları açıqlandı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Larissa stansiyasının rəisinə qəzadan 17 dəqiqə əvvəl qatarların eyni xəttə olması barədə məlumat verilib.
Ölkəni sarsıdan fəlakətdən sonra gözlər qəzaya görə məsuliyyət daşıyanlara çevrildi, Baş nazir Kiryakos Mitsotakis isə qəzanın "faciənin insan səhvi nəticəsində baş verdiyini" söylədi.
Qəzadan sonra Afina, Saloniki və Larisa şəhərlərində etiraz nümayişləri keçirilib. Afinada Yunanıstan dəmir yolu idarəsinin qarşısında qəzanın səhlənkarlıqdan baş verdiyini deyən etirazçılar polislə toqquşub.
Yunanıstan dəmiryol birlikləri qəzanın dəmir yollarında xroniki problemləri ortaya çıxardığını, bu problemlər arasında qeyri-adekvat işləmə, problemli siqnalizasiya və köhnəlmiş infrastrukturun olduğunu bildirdi.
Qəzadan sonra Larisa stansiyasının rəisi saxlanılıb. Siqnallara cavabdeh olan 59 yaşlı kişiyə qarşı "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" maddəsi ilə iddia qaldırılıb. İttihamları rədd edən məmur qəzanın texniki səhv nəticəsində baş verdiyini iddia edib. Ancaq bu gün Yunanıstan mediasını vuran xəbərlə faciə yeni bir miqyas aldı.