Operativ Məlumat Mərkəzi

Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - RƏSMİ

1 dəq
Paylaş:
Qəzada zərərçəkənlərə bu qədər kompensasiya veriləcək - RƏSMİ
AZAL qəzası: xəsarət alanlara 20.000, vəfat edənlərin ailələrinə daha çox kompensasiya veriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər