Qəza yerinə DYP əməkdaşı gəlmədən avtomobili kənara çəkmək olarmı? - AÇIQLAMA

Qəza yerinə DYP əməkdaşı gəlmədən avtomobili kənara çəkmək olarmı? - AÇIQLAMA
06.04.2023 15:59
Aa
dəq

“Sürücülər tərəfindən mütəmadi dayanma və durma qaydaları pozulur. Bu hal nəqliyyatın intensivliyinə mənfi təsir göstərir”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Yolların hərəkət istiqamətləri zəbt olunduqda nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkəti üçün maneələr yarandığını qeyd edən inspektor, əsas yol hərəkəti qaydalarının pozulması zəmnində olan problemlərdən bəhs edib:

“Paytaxt ərazisinin demək olar ki, bütün küçə və prospektlərində qayda pozuntuları aşkarlanır. Söhbət vizual qayda pozuntularının ən çox müşahidə edildiyi ərazilərdən gedirsə, gün ərzində Bakının hər hissəsində qayda pozuntularına rast gəlmək mümkündür. Paytaxt Bakıda demək olar ki, hər gün yol qəzası baş verir. Qəzaların çoxu mərkəzi küçələrdə qeydə alınır”.

“DYP əməkdaşları hadisə yerinə gəlmədən qəzaya düşən avtomobilləri yolun kənarına çəkmək olarmı” sualına cavab verən polis mayoru aşağıdakı fikirləri səsləndirib:

“Bəli, yolda hərəkət sıxlığı yaranmaması üçün yol hərəkət qanununun 37-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, sürücülər qəza baş verdikdən sonra qəzanın əsas yaratdığı vəziyyəti itirmədən, yəni hansı formada zərər, ziyan dəyibsə, onu göstərə bilmək üçün yolun ortasında ikinci zolağdadırsa, avtomobili sağa çəkib, eyni vəziyyətdə saxlanmalıdır ki, ətrafdakı maşınlara maneçilik yaranmasın və keçə bilsinlər. Yəni bu hal, nə sığorta ödənişindən yayınılacaq haldır, nə də hadisə yerindən yayınmaq kimi qiymətləndirilir. Bunların hər biri qanunda nəzərdə tutulub. Qəza baş veribsə, avtomobilin digər nəqliyyat axınına mane olmamaq üçün bir qədər sağa çəkib, yolu boşaltmaq lazımdır”.

Araz Əsgərli avtomobillərə əlavə konstruksiyaların quraşdırılmasından da danışıb:

“Avtomobillərə bir çox hallarda əlavə konstruksiyaların quraşdırılır. Bunlardan biri də işıqların düzgün quraşdırılmasıdır. Düzgün olmayan işıqlar iki mənada başa düşülür: işıqlar düzgün tənzimlənmirsə, bu təbii ki, günün qaranlıq saatında nəqliyyat vasitəsini idarə edən sürücülərin görməsində məhdudiyyət yaradır. Qanunun nəzərdə tutulmuş işıqları düzgün təsis etmək lazımdır ki, işıqlar, onun düşmə bucağı sürücünün gözünə yox, yola düşsün və yolu işıqlandırsın. Bundan əlavə, işıqların təyinatını düzgün istifadə etmək lazımdır. Uzaqvuran və yaxınvuran işıqlar var. Bəzi sürücülər yollarda uzaqvuran işıqlardan istifadə edərək hərəkət iştirakçılarına mane olur, bunu mütəmadi istifadə etmək düzgün deyil”.

Ən əsas məsələlərdən biri də işıq cihazlarına edilmiş müdaxilələrdir. Hansılar ki, avtomobil istehsalçıları müəyyən ediblər ki, nəqliyyat vasitələrində, misal üçün bu formada işıq lampaları quraşdırılsın, amma nəzərdə tutulmamış işıqlardan, ledlərdən, ksenolardan, hansı ki avtomobil istehsalçıları bu cür işıqları nəzərdə tutmayıb. Sürücülərin yollarda hərəkəti üçün xüsusilə də həmin o nasazlıqlara və yaxud da ki, əlavə quraşdırılmış avadanlıqlara görə yolda hərəkət edən digər yol hərəkəti iştirakçıları üçün, işıq sistemini, xüsusilə günün qaranlıq saatlarında, avtomobili görməsi üçündür. Əgər günün qaranlıq saatlarında buna müdaxilə olunursa, təbii ki, ətrafdakı insanlara və özünə təhlükə yaratmış olur. İşıq cihazlarına müdaxilələr iki cür qiymətləndirilir: normativ tələblər pozulursa, bu, 342.2 - maddəyə uyğun olaraq 150 manat, nasazlıqlardırsa əgər, 242-ci maddənin 5-ci bəndinə uyğun olaraq 50 manat məbləğində zərər təyin olunur”.

Fidan Kazımova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu