Operativ Məlumat Mərkəzi

Qərbin Gürcüstanda fiaskoya uğrayan planı - Gürcüstanı nə gözləyir?

4 dəq
Paylaş:
Qərbin Gürcüstanda fiaskoya uğrayan planı - Gürcüstanı nə gözləyir?
tərəflər arasında hazırda kompromis tapmaq, konsensusa gəlmək xeyli çətinləşib. "Onu da nəzərə almaq lazımdır ki, seçkilərin nəticələri də Gürcüstan...

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası qələbə qazandı. Bu qələbə həm Gürcüstan müxalifəti, həm də Qərb və onun tərəfdarları üçün gözlənilməz bir nəticə oldu. Nəticədən narazı olan dairələr Gürcüstanda aksiya təşkil etdilər və yeni hakimiyyətə qarşı ilk addımlarını atdılar.

Seçkilərdən sonra gözlənildiyi kimi, Gürcüstan daxilində proseslər yeni gərgin mərhələyə daxil olub.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə siyasi ekspert Mətin Məmmədli deyib.

Mətin Məmmədli: “Ermənistan Azərbaycana qarşı xeyli hərbi cinayətlər törədib”

Onun sözlərinə görə, prosesləri gərginləşdirən həm daxili amillər, həm də kənar amillərdir. Daxili amillərə misal olaraq, mövcud Gürcüstan hakimiyyəti ilə müxalifəti arasındakı münasibətləri qeyd edə bilərik. Münasibətlər kifayət qədər kəskinləşib və tərəflər bir-birini qarşılıqlı olaraq sərt ittiham edirlər. Gürcüstan hakimiyyəti bildirib ki, böyük üstünlüklə seçkilərdə qalib gəldikdən sonra Gürcüstan müxalifətini qadağa edən addımlar ata bilər. Eyni formada Gürcüstan müxalifəti də hakimiyyəti vətənə xəyanətdə günahlandırır. Bu, ondan xəbər verir ki, tərəflər arasında hazırda kompromis tapmaq, konsensusa gəlmək xeyli çətinləşib.

"Onu da nəzərə almaq lazımdır ki, seçkilərin nəticələri də Gürcüstan müxalifəti qüvvələri tərəfindən qəbul edilmir, onlar yeni seçkilər tələb edirlər. Onların bu tələbi də hakimiyyət tərəfindən qəbul olunmur və hakimiyyət bildirir ki, seçkilər azad, ədalətli keçirilib və mövcud reallığı gürcü xalqının siyasi iradəsini ifadə edir. Seçkilərin nəticələrində "Gürcü Arzusu" Partiyası seçkilərdə qalib gəlsə də, tam olaraq demək olmaz ki, onlar istədiyi nəticələri seçkidə alıblar. Çünki, konstitusiya çoxluğunu əldə edə bilməyiblər və bu da onlara öz daxili məqsədləri ilə bağlı ölkədaxili siyasi məqsədlərini həyata keçirməyə problemlər yaradır. Biz görürük ki, artıq Gürcüstan seçkiləri daxili siyasi gündəlikdən xeyli kənara çıxıb. Artıq burada Gürcüstan uğrunda, Qafqaz uğrunda maraqlar toqquşub, güc mərkəzlərinin sanki bir rəqabət meydanına çevrilib".

M.Məmmədli deyir ki, burada Qərbi xüsusilə qeyd etmək olar. Qərb-ABŞ Gürcüstan müxalifətinə açıq dəstək verir, bir çox hallarda siyasi çərçivəni də aşaraq, diplomatik etiket qaydalarından kənar dəstək nümayiş etdirir. Bu da ondan xəbər verir ki, Qərbin Gürcüstanla bağlı ciddi planları var. Xüsusilə də, Gürcüstanın Rusiyaya qarşı istifadə etmək kimi regionda planları var. Bu da, vəziyyəti daha da mürəkkəbləşdirən məqamlardır. Nəticə olaraq, hazırda Gürcüstanda olduqca qeyri-müəyyən vəziyyət yaranıb. Hadisələrin inkişafı tərəflərin, eyni zamanda təbii ki, gürcü xalqının da verəcəyi qərardan asılı olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər