Qərbi Azərbaycan Avropa İttifaqı Şurası Prezidentə məktub göndərib

Qərbi Azərbaycan Avropa İttifaqı Şurası Prezidentə məktub göndərib
01.03.2023 11:47
Aa
dəq

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidentinə məktub göndərib.

Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə İcmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimad quruculuğu tədbirləri həyata keçirməsini xahiş edib.

Məktubda Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri alqışlanmaqla bərabər, davamlı sülhün bərqərar edilməsi üçün Ermənistandan qovulmuş azərbaycanlıların qayıtmalarının zəruri şərti olduğu vurğulanır.

Həmçinin, EUMA-nın mandatının etnik əsasda ayrı-seçkilik olmadan Ermənistanda insan hüquqlarına hörmətin təmin edilməsinə və etimad quruculuğuna dair vəzifələr ehtiva etdiyinə diqqəti çəkən İcma, Missiyanı Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən, onların öz evlərini, qəbirstanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.

İcma həmçinin Avropa İttifaqının Ermənistandakı missiyası ilə insan hüquqları, humanitar məsələlər, mülki şəxslərin qorunması kimi mövzular üzrə əməkdaşlığa hazır olduğunu bildirib.

Həftənin ən çox oxunanları

Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışını edib

Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışını edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu