Qərbdən milyard avro yardım almağa ümid edən Ermənistana milyonluq tula payı

Qərbdən milyard avro yardım almağa ümid edən Ermənistana milyonluq tula payı
28.04.2024 22:56
Aa
dəq

Nikol Paşinyan Brüsseldə keçirilmiş Ermənistan - Amerika Birləşmiş Ştatları - Avropa İttifaqı formatında görüşdən ümid etdiyi maddi yardımı ala bilməyib və bu, erməni siyasi dairələrində ciddi məyusluq doğurub.

Görüşdən sonra Avropa Komissiyasının başçısı Ursula fon der Leyen bildirib ki, Brüssel yaxın dörd il ərzində Ermənistan 270 milyon avro, yəni hər il 67,5 milyon avro qrant ayıracaq. Özü də bu vəsaitlər birbaşa Ermənistan hökumətinə deyil, kiçik və orta sahibkarlıq subyektlərinə veriləcək. İstənilən halda, Ermənistan büdcəsi bu yardımdan vergi daxilolmaları şəklində maksimum 10-12 milyon avro qopara biləcək.

Amma Nikol Paşinyanın bu görüşdən gözləntiləri çox böyük idi. Avropa İttifaqından ən azı 1 milyard avro vəsait alacağına ümid edirdi. Özü də, bu vəsait hər il 250 milyon avro olmaqla 4 il ərzində birbaşa qrant kimi dövlət büdcəsinə oturmalı idi. Bu, Ermənistan üçün yetərincə yüksək rəqəmdir və büdcə gəlirlərinin təxminən 4 faizi deməkdir.

Ermənistan baş nazirinin məqsədi aydın idi. Yəni, İrəvan Rusiyanı sanksiyadan kənar məhsullarla təchiz etdiyinə görə əldə etdiyi qaçaqmal gəlirlərindən imtinanın əvəzini məhz Brüsseldən almağa ümidli idi. Həm də, Ermənistanın orientasiyasını dəyişməklə əldə etməyə çalışdığı bu avrolar valyuta bazarında satılmaqla erməni dramının möhkəmliyini xidmət etməli idi.

Amma göründüyü kimi, evdəki hesab bazara uyğun gəlmədi və Ermənistana vəd edilən vəsaitlərin cüziliyi BBC, «Deutsche Welle» kimi aparıcı qərb KİV-ləri ilə yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin də diqqətində yayınmadı.

Moskva sanksiyalar dövründə yaratdığı şərait nəticəsində Ermənistanın qazandığı milyardları İrəvanın başına döyəclədi. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Brüsselin vəd etdiyi qrant dəstəyini heç cür Ermənistanın Moskva ilə əlbirlikdən qazandığı çoxmilyardlıq gəlirlərlə müqayisə etmək mümkün deyil.

Kreml onu da xatırlatdı ki, məhz Kollektiv Qərbin əleyhinə yönələn bu əlbirlik nəticəsində son 5 ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4 dəfə artıb. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,9 milyard dollar olub və bu, 2023-cü ildə 7,3 milyard dollara qədər artıb.

Ticarət dövriyyəsinin illər üzrə dinamikasına baxdıqda əsas artımın Rusiya - Ukrayna müharibəsi ilə bağlı baş verdiyini görmək olar. İki ölkə arasında 2021-ci ildə 2,6 milyard dollara bərabər olan ticarət dövriyyəsi 2022-ci ildə birdən birə 90 faiz artıb və 5,1 milyard dollara bərabər olub. 2023-cü ildə də bu artım dinamikası qorunub və 7,3 milyard dollara qalxıb.

Ticarət əməliyyatlarının strukturuna baxdıqda bu artımın ilk növbədə Rusiyanın Avropa malları ilə sanksiyalardan kənar təchizi ilə bağlı olduğunu görmək mümkündür. Ötən il Avropadan alınıb Rusiyaya təkrar ixrac edilən bu məhsulların ümumi dəyəri 1,2 milyard dollardan çox olub.

Ermənistanın Rusiyaya təkrar ixrac etdiyi məhsulların tərkibində yarımkeçirici mikroprosessorlar xüsusi yer tutur. Sirr deyil ki, müharibəyə görə Kollektiv Qərblə birlikdə Tayvan, Cənubi Koreya kimi elektronika ölkələri də Rusiyaya yarımkeçirici mikroprosessorlar satmırlar. Çünki bu cihazlar çağdaş silahların istehsalında və istifadəsində ən lazımlı vasitələr sırasındadırlar. İrəvan isə Moskva ilə bu qaçaqmal ticarətində böyük pullar qazanır.

Bundan başqa, Ermənistan Rusiyanın dünya bazarında sata bilmədiyi qızıl və brilyantı da öz istehsalı kimi dünya bazarlarına çıxarır. Məsələn, 2022-ci ildə Ermənistanın qızıl ixracından gəlirləri 414 milyon dolları keçib. Halbuki, həmin il Ermənistanın əsas istehsal bazası olan Zod qızıl mədənində Azərbaycanla sərhəd delimitasiya problemi ilə bağlı bütün istehsal dayandırılmışdı.

Lakin bu hələ son deyil. Erməni ekspertlər Ermənistan iqtisadiyyatında yaradılan əlavə dəyərin 80 faizinin məhz Rusiya ilə bağlı olduğunu deyirlər. Brüssel görüşünü şərh edən erməni ekspert İşxan Verdiyan Rusiyadan bu asılılığın yalnız qonşu dövlətlərlə, yəni Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin gücləndirilməsi hesabına azaldıla biləcəyini deyir.

"Bütünüklə, erməni ictimaiyyətinin bu görüşlə bağlı gözləntiləri çox şişirdilmiş idi. Mən elə indicə yekun bəyanatla tanış oldum. Orada elə bəndlər var ki, mən onları heç başa düşmürəm. Orda hər addımda iqtisadiyyatın şaxələndirilməsindən bəhs edilir. Ermənistan iqtisadiyyatını istisna olaraq öz qonşuları ilə əlaqələr hesabına şaxələndirə bilər. Şəxələndirmə nə deməkdir? Bu o deməkdir ki, bu gün Ermənistan iqtisadiyyatı, demək olar ki, 80 faiz Rusiyadan asılıdır və bu asılılıq başqa istiqamətlər üzrə paylanmalıdır. Sual yaranır ki, Amerika Birləşmiş Ştatları erməni iqtisadiyyatını hansı istiqamətlər üzrə paylayacaq? Onlar birbaşa Vaşinqtonda hava yolu ilə Ermənistana qaz kəməri, yaxud dəmir yolu çəkmək istəyirlər ki, qaz, yaxud taxıl nəql etsinlər? Yoxsa, Yer kürəsini dəlib Ermənistana yeraltı metro çəkmək istəyirlər?"

Erməni ekspertin vurğuladığı məqamlar yetərincə tutarlıdır. Ermənistanın dəmir yolları, elektrik və təbii qaz təchizatı şəbəkəsi bütünlüklə Rusiyaya məxsusdur. Həmçinin Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi Rusiyaya ixracda xüsusi imtiyazlara malikdir və xüsusilə, sanksiyalar dövründə bundan çox böyük gəlirlər əldə edir.

Bununla yanaşı, Rusiya «Qazprom»u Ermənistana təbii qazı çox güzəştli qiymətlərlə - min kubmetri 165 dollara satır. Halbuki, Rusiya həmin qazın min kubmetrini Türkiyəyə və Avropa dövlətlərinə 481 dollara satır. Yəni, Ermənistan iqtisadiyyatı və əhalisinin rifahı üçün çox böyük önəm daşıyan bu enerjidaşıyıcını 3 dəfə ucuz alır.

Bütün bunların müqabilində Paşinyanı Rusiyaya arxa çevirməyə nə vadar edir? Bəlkə də, Qərbdən Ermənistan baş nazirinə gizli, məsələn Qərb banklarında gizlətdiyi vəsaitlərlə bağlı təzyiq var. Hər halda, erməni müxalifəti keçmiş baş redaktorun altı illik hakmiyyəti dövründə yetərincə zəngin adam çevrildiyini iddia edir.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu