"Qərbdə nə qədər çox dostumuz olsa, bir o qədər yaxşıdır" - İqtisadçı

"Qərbdə nə qədər çox dostumuz olsa, bir o qədər yaxşıdır" - İqtisadçı
25.04.2023 16:11
Aa
dəq

“Azərbaycanın Bolqarıstanla əməkdaşlığının bizim üçün həm iqtisadi, həm siyasi, həm də strateji faydaları böyükdür”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O qeyd edib ki, ölkələrimiz arasında iqtisadi - ticari əlaqələrin yaxşı olması sonradan siyasi münasibətlətin də inkişafına tövhə verir.

“İqtisadi-ticari əlaqələrin yaxşı olması sonradan siyasi münasibətlərin yaxşı olmasına və strateji faydaların həm də əldə olunmasına gətirib çıxarır. Bolqarıstan Şərqi Avropa ölkəsidir. Ölkələrimiz arasında  münasibətlər yaxşıdı və bunu daha da yaxşılaşdırmaq hər iki ölkə üçün faydalıdır. Energetika sahəsində əməkdaşlıqdan bəhs etdikdə qeyd edə bilərik ki, ötən il Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılışı olub. Bu interkonnektor Cənub Qaz dəhlizinə birləşmək istəyən ölkələrin Cənub Qaz dəhlizindən öz ərazilərinə çəkilən boru xətləridir. İnterkonnektoru hər ölkə özü çəkməlidir. Bolqarıstan da burada iştirak edir və Cənub Qaz dəhlizindən öz şəbəkələrinə interkonnektor çəkib”.

Dünyada əsəs söz sahibinin Qərb dövlətləri olduğunu bildirən Xalid Kərimli qeyd edib ki, Azərbaycanın Qərbdə nə qədər çox dostu olsa, bir o qədər yaxşıdır.

“Nəzərə alsaq ki, dünyada əsas söz sahibi Qərbdir və burada nə qədər çox dostlarımız olsa, bir o qədər yaxşıdır. İkinci məsələ isə sırf iqtisadi-ticari baxımdan bizim üçün əhəmiyyətlidir. Baxın, Azərbaycan idxal məsələsində təkcə bir-iki ölkədən asılı deyil. Bizim satış bazarımız çoxalır. Bu, həm də bazar qiyməti ilə məhsul satışı arasında maneələri aradan qaldırır. Yəni, qazın olması və ya boru xəttinin olması önəmli deyil, eyni zamanda onun satış bazarının coğrafiyasının diversifikasiya olmuş olması ölkəmizin gələcəkdə daha rahat, daha yaxşı qiymətlərlə, daha etibarlı alıcılara məhsul satmasına zəmin yaradır. Bütün bu proseslər gələcək risklərin də qarşısını alır. Bu baxımdan interkonnektorlar vasitəsilə daha çox ölkələrə məhsulumuzun çıxarılması satış risqlərini aşağı salır və ölkəmizin bu sahədə imkanlarını daha da gücləndirir”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu