"Ermənilər dövlətin idarəetmə məsələsində naşıdırlar" - Deputat

"Ermənilər dövlətin idarəetmə məsələsində naşıdırlar" - Deputat
24.04.2023 14:55
Aa
dəq

Bəzi erməni kütləvi informasiya vasitələri, sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın Laçın – Xankəndi yolunda nəzarət buraxılış məntəqəsi quraşdırması barədə ajiotaj yaratması, səs-küy qaldırması, hətta Ermənistan rəsmilərinin, Ermənistan qurumlarının bununla bağlı müəyyən şərhləri, bəyanatları, anlaşılan deyil.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə  açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycanın öz suveren əzazisində nəzarət - buraxılış məntəqəsi quraşdırması beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam uyğundur.

“Azərbaycan Respublikası öz suveren, beynəlxalq tanınmış ərazilərində – Ermənistanla sərhəd bölgəsində yerləşən Laçın və onun başlanğıcında nəzarət – buraxılış məntəqəsini quraşdırıb. Bu, tamamilə Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təcrübəyə tam uyğundur. Bəzi erməni kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrdə ermənilərin bu barədə ajiotaj salması, səs-küy qaldırması, hətta Ermənistan rəsmilərinin, Ermənistan qurumlarının bununla bağlı müəyyən şərhləri, bəyanatları, ümumiyyətlə anlaşılan deyil. Məgər Azərbaycan öz suveren ərazilərində, şərti sərhəd bölgəsində nəzarət-buraxılış məntəqəsi qurmaqla hansı beynəlxalq hüquqa, norma və prinsiplərə əks olur? Bu, tam anlaşılan deyil. Ümumiyyətlə, Ermənistanın, erməni rəsmilərinin, erməni diasporunun bu konteksdə verdiyi cəfəng fikirlər adamı həqiqətən çox təəccübləndirir. Ermənistanın qonşu olduğu ölkələrlə hansısa bir nəzarət-buraxılış məntəqəsi qurmasına biz hansısa bir şəkildə etiraz edirikmi? Ermənistanla sərhədlərimiz tam demarkasiya və delimitasiya olmasa da, konkret olaraq Laçın yolunun başlanğıcında, müəyyən nöqtədə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən nəzarət-buraxılış məntəqəsi quraşdırılıb. Məgər burada hansısa etiraz edilə biləcək məqam var? Bütün bunlar Ermənistanın nə qədər reallıqlardan uzaq olduğunu göstərir. Sanki bu xalqın dövlətçilik ənənələri olmadığı üçün dövlətin necə idarə edilməsi, ərazi, əhali, konstitusiya, qanun və qayda kimi məsələlərdə tam naşıdırlar. Onlar bilmirlər ki, bu, normal təcrübədir, normal bir praktikadır".

Azərbaycan ərazisinin qanunsuz silah - sursat və digər adda malların daşınması üçün açıq ərazi olmadığını qeyd edən Tural Gəncəliyev bildirib ki, hətta hazırkı separatçılar erməni əsilli vətəndaşlarımızı girov saxlayırlar.

“Azərbaycan Respublikasının ərazisi Ermənistan üçün hansısa qanunsuz malların, silahların, narkotik vasitələrinin, minaların daşınması üçün açıq ərazi deyil ki, Ermənistan istədiyi vaxt Qarabağa qanunsuz əşyaları daşısın və xalqımıza qarşı cinayət törətsin. Hətta orada yaşayan erməni sakinlərimiz də girov kimi saxlanılmağa davam etdirilir. Bu, qəbuledilməzdir. Ona görə də bu məsələlər qanuni olaraq Azərbaycanın istədiyi formada həyata keçirilir.

Qarabağın erməni sakinlərinin reinteqrasiya məsələsinə toxunan deputat qeyd edib ki, bu proses qaçılmazdır.

“Reinteqrasiya məsələsindən bəhs edərkən onu da qeyd etməliyik ki, bu proses qaçılmazdır. Qarabağ bölgəsində yaşayan erməni sakinlər Azərbaycan ərazisində yaşadıqlarına görə, Azərbaycan qanunları və konsitutsiyası çərçivəsində yaşamalı, bu qanunlarla nizamlanmalı və idarə edilməlidirlər. Sual olunur: Məgər Ermənistan ərazisində yaşayan başqa etnik quruplar olsaydı, Ermənistan onları öz qanunlarından kənar, hansısa bir dövlətin qanun və qaydalarının tətbiq edilməsinə icazə verərdimi? Təbii ki, xeyr.  Onda Ermənistan nə üçün Azərbaycan ərazisində yaşayan insanlara hansısa çərçivədə, konteksdə, başqa proseduraların tətbiq edilməsini istəyir? Bu tamamilə qəbuledilməzdir. Bir daha söyləyirəm, Ermənistan Azərbaycana, ölkəmizə qarşı hansısa cəfəng iddialar yürütmək əvəzinə birinci özünə baxsın. Yəni öz təcrübəsinə baxsın, daha sonra başqalarına dərs keçməyə, hansısa bir şəkildə başqalarına ağıl öyrətməyə çalışsın. Və tamamilə qəbuledilməz haldır ki, Ermənistan siyasətçiləri, Ermənistanın siyasi-hərbi dairələri hələ də keçmiş səhvlərindən müvafiq dərslər çıxarmayıblar, bu da və təəssüfedici haldır”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu