Operativ Məlumat Mərkəzi

Qəbələdə yanğın törədən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Avqustun 8-də Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat...

Avqustun 8-də Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 1969-cu il təvəllüdlü Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər