Qazilərə yazılan cərimələrin silinməsi təklif olunur

Qazilərə yazılan cərimələrin silinməsi təklif olunur
13.06.2023 11:22
Aa
dəq

I və II Qarabağ müharibəsi qazilərinə verilən avtomobillərdə olan cərimələrin silinməsi təklif edilir.  

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputatı Vüqar İskəndərov çıxış edib. 

O bildirib ki, I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər:

“İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn smslərə ya fikir verməyiblər, ya da anlamayıb”. 
“Təbii ki, bütün bunlar heç kim məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. bu da qayda pozuntusudur. Qazi və veteranların  bir hissəsi sürdükləri avtomobillərin cəriməsini ödəmədiyindən bu tip problemlər artmaqdadır. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə hər biri ödəniləcək “,- V.İskəndərov əlavə edib.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu