Əsas məzmuna keç

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanılıb

bu barədə “Kazinform” agentliyi mənbələrə istinadən məlumat yayıb. Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2022-ci ilin yanvarında baş...

Qazaxıstanda daxili işlər naziri Erlan saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2022-ci ilin yanvarında baş vermiş faciəvi hadisələrlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı açılmış çərçivəsində saxlanılıb.

Agentlik qeyd edib ki, martın 20-də o, artıq prokurorluqda dindirilib. Erlan Turqumbayev 2019-cu ildən Daxili İşlər Nazirliyinə rəhbərlik edib və 2022-ci ilin fevralında yanvar hadisələrindən sonra tutduğu vəzifədən azad edilib. Daha sonra o, altı aya yaxın prezidentinin müşaviri olub.

Məlumatı Qazaxıstan Baş Prokurorluğu da təsdiqləyib. Qeyd olunub ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işlərinin istintaqını davam etdirib.

Belə ki, bu il aprelin 29-da keçmiş daxili işlər naziri Erlan Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…