Operativ Məlumat Mərkəzi

Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir

2 dəq
Paylaş:
Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir
Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır. "Operativ Məlumat Mərkəzi-OMM"-in...

Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Qazaxıstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə xəstəxananın tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova məlumat verib.

"Onlardan beşi reanimasiyadadır - dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir", - o bildirib.

J.Bayramovanın sözlərinə görə, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.

Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.

"Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb, qalanları - Azərbaycan və Qırğızıstan vətəndaşları bizim xəstəxanada qalırlar", - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər