Operativ Məlumat Mərkəzi

Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək

1 dəq
Paylaş:
Qazaxıstan və Azərbaycan birgə hərbi dəniz təlimləri keçirəcək
bununla bağlı Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə təlimlər tezliklə Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq....

Qazaxıstan və Azərbaycan “Caspian Breeze - 2025” birgə hərbi dəniz təlimləri keçirəcək

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə təlimlər tezliklə Xəzər dənizinin Qazaxıstan sektorunda baş tutacaq.

“Dənizçilər asimmetrik təhlükələrin dəf edilməsi, qəza vəziyyətində olan təyyarə, gəmi və gəmilərə yardımın göstərilməsi, həmçinin dəniz və hava hədəflərində canlı atışlar həyata keçirəcəklər”, - məlumatda deyilir.

Təlimlər üçün Azərbaycandan iki patrul gəmisi, bir yardımçı gəmi və sahil bölmələri gələcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər