Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qazaxıstan Səhiyyə Nazirliyi: Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir

1 dəq
Paylaş:
Qazaxıstan Səhiyyə Nazirliyi: Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir

Hazırda üç vətəndaşı çoxprofilli xəstəxanasında müalicə alır.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadən xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.

"Hazırda xəstəxanada ümumilikdə altı nəfər müalicə alır. Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə , üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir. Müalicə alan xəsarət alanalrdan üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır", - xəstəxanadan bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax