Operativ Məlumat Mərkəzi

Qazaxıstan Bakı və İrəvana sülh danışıqları üçün platforma təklif etməyə hazırdır

1 dəq
Paylaş:
Qazaxıstan Bakı və İrəvana sülh danışıqları üçün platforma təklif etməyə hazırdır
bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqların...

Qazaxıstan bir daha Bakı və İrəvana sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatada platforma təklif etməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti Astanada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyanla danışıqların yekunlarına dair məlumat yayıb.

“Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almata platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, Tokayev və Xaçaturyan ikitərəfli münasibətləri də müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər