Əsas məzmuna keç

Qazaxda açıq ərazidəki yanğın söndürülüb

Qazaxda açıq ərazidəki yanğın söndürülüb

Qazaxda açıq ərazidəki yanğın söndürülüb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki,...

Qazaxda açıq ərazidəki yanğın söndürülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 80ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#qazax#xanlıq
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…