Əsas məzmuna keç

Qaxda iki maşın toqquşub, yaralanan var

Qaxda iki maşın toqquşub, yaralanan var

hadisə günorta saatlarında Qax-Şəki avtomobil yolunun, rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.  Hərəkətdə olan Zaqtala rayon...

baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə günorta saatlarında Qax-Şəki yolunun, rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan Zaqtala rayon Çobankol kənd sakini 1991-ci il təvəllüdlü Əhmədov Namil Əsgər oğlunun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə rayon Cüdüllü kənd sakini 1987-ci il təvəllüdlü Hacıyev Məhəmməd Mais oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilində olan sürücünün həyat yoldaşı Bəbişova Könül Qurban qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…