Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həlli vacibdir" - Qətərin Baş naziri

2 dəq
Paylaş:
"Yaxın Şərqdəki münaqişənin sülh yolu ilə həlli vacibdir" - Qətərin Baş naziri

Qətərin və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əl-Tani ispan həmkarı Xose Manuel ilə telefon danışığında Yaxın Şərqdə davam edən münaqişənin “dinc yolla” həll edilməsinin vacibliyini vurğulayıb və eskalasiyanın “ciddi nəticələri” barədə xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi X hesabında yazıb.

Nazirlik bildirib ki, hər iki rəsmi Qətərə və regiondakı digər ölkələrə qarşı “İranın ədalətsiz təcavüzünün dayandırılmasının” vacibliyini bir daha vurğulayıb.

Qətər naziri həmçinin birgə səylərin gücləndirilməsinin, danışıqlar masasına qayıtmağın və böhranı həll etməyin, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin, naviqasiya azadlığının, ətraf mühitin təhlükəsizliyinin və regional sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Albarez isə ölkəsinin Qətərlə həmrəyliyini ifadə edərək “gərginliyin azaldılmasının, mülki infrastrukturun və obyektlərin qorunmasının və enerji sektorunun təhlükəsizliyinin təmin edilməsinin” vacibliyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax