Vyetnamda müşahidə olunan “Yaqi” qasırğası nəticəsində ölənlərin sayı 127-yə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, pis hava şəraiti ilə əlaqədar 54 nəfərin itkin düşdüyü bildirilir.
Qasırğa, əsasən, Vyetnamın şimal vilayətlərində genişmiqyaslı dağıntılar törədib.
“Yaqi” Vyetnamı təsir altına alan son 30 ilin ən şiddətli qasırğasıdır. Əsasən, Phu Tho vilayətində sel və daşqınlar torpaq sürüşmələrinə, körpülərin aşmasına səbəb olub. Meteoroloqlar qasırğanın yaratdığı küləyin sürətinin bəzi yerlərdə saatda 203 kilometrə çatdığını deyiblər. Şiddətli küləklər elektrik dirəklərini aşırıb. Nəticədə 1.5 milyondan çox insan işıqsız qalıb. Siklon daha əvvəl Çin və Filippində dağıntılar törədib. Hər iki ölkədə ümumilikdə 24 nəfər nəfər ölüb.