Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub

Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub
03.03.2023 16:40
Aa
dəq

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində Belarus şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" -in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşündə bildirib.

Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazasının yaradıldığı vurğulanıb.

"Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır, - S. Ələkbərov bildirib.

Nazir müavini ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat sahələrində də böyük imkanlar olduğunu diqqətə çatdırıb.

İ. Petrişenko ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri, qarşılıqlı iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri barədə danışıb, Belarus şirkətlərinin Azərbaycanda maşınqayırma, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edərək, ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Tərəflər investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu