Operativ Məlumat Mərkəzi

Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub

3 dəq
Paylaş:
Qarabağın bərpasında Belarus şirkətlərinin iştirakı müzakirə olunub

Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində Belarus şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" -in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazirinin müavini Sahib Belarusun Baş nazirinin müavini, -Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşündə bildirib.

Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdiyi, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazasının yaradıldığı vurğulanıb.

"Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır, - S. Ələkbərov bildirib.

Nazir müavini ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, sahələrində də böyük imkanlar olduğunu diqqətə çatdırıb.

İ. Petrişenko ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri, qarşılıqlı iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri barədə danışıb, Belarus şirkətlərinin Azərbaycanda maşınqayırma, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyətini qeyd edərək, ölkəmizlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Tərəflər investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax