Əsas məzmuna keç

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunur

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunur

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunur. Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Azərbaycan Respublikasının...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Qarabağda minatəmizləmə əməliyyatlarına 24 ədəd ambulans cəlb olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən icra edilən minatəmizləmə fəaliyyəti zamanı işçilərinin təhlükəsizliyini təmin etmək, zərərçəkənə ilkin tibbi yardım göstərmək və onun hadisə yerindən dərhal təxliyyəsini təşkil etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım vasitələri, eləcə də müvafiq bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu vacib amillərdən biridir.

ANAMA maddi-texniki bazasının genişləndirilməsi məqsədilə yeni təcili tibbi yardım nəqliyyat vasitələri əldə edib.

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Agentliyə təhvil verilən 24 ədəd ambulans işğaldan azad edilmiş ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.

Xüsusi təyinatlı “Qazel Biznes 221717” markalı tibbi yardım nəqliyyat vasitələri ilkin yardım üçün nəzərdə tutulmuş buz çantası, buz konteyneri, tibbi xərək, onurğa zədələri üçün xərək, oksigen balonu, defibrillyator və zədə çantası kimi tibbi avadanlıqlarla təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəsarət alanlara bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə imkan verir.

Təcili tibbi yardım nəqliyyat vasitələri (4x4) yolsuzluq şəraitində rahat və təhlükəsiz hərəkət üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları bədbəxt hadisələr, fərdi qəza və könüllü ilə təmin edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…