Operativ Məlumat Mərkəzi

"Qarabağ" "Səbail"i məğlub etdi

1 dəq
Paylaş:
"Qarabağ" "Səbail"i məğlub etdi
"Azərsun Arena"da "Səbail"ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib. "Köhlən atlar"ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən...

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" qələbə qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Azərsun Arena"da "Səbail"ı qəbul edən Ağdam təmsilçisi 2:1 hesablı qalibiyyətə sevinib.

"Köhlən atlar"ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubl müəllifi olub. Paytaxt təmsilçisinin yeganə qoluna isə 58-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Turun ikinci görüşündə isə "Şamaxı" "Sumqayıt"a minimal hesabla qalib gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər