“Qarabağ” “Səbail"i məğlub edib

“Qarabağ” “Səbail"i məğlub edib
06.04.2024 22:20
Aa
dəq

Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çempionluğunu ötən tur rəsmiləşdirən "Qarabağ" "Səbail"i qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran "köhlən atlar" turnir cədvəlinə başçılıq edir. "Səbail" isə 38 xalla yeddinci pilləyə enib.

Günün digər matçında "Turan Tovuz" "Sabah"a 2 cavabsız topla qalib gəlib.

Qeyd edək ki, XXIX turun açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib. Tura martın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.

Həftənin ən çox oxunanları