UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ” komandaları arasında cavab oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, oyunun 90 dəqiqəsi “Qarabağ”ın 3:2 hesablı üstünlüyü ilə sona çatıb.
Komandalar arasında ilk matç “Ludoqorets”in 1:2 hesablı qələbəsi ilə yekunlaşdığından, qarşılaşmada əlavə vaxt oynalıb.
Yekunda 2-7 hesabı qeydə alınıb. Bununla da Azərbaycanın “Qarabağ” komandası UEFA çempionlar liqasının “play-off” mərhələsinə yüksəlib.
Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.