“Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

“Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib
24.04.2024 23:08
Aa
dəq

Bu gün Azərbaycan Kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Qarabağ" ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi "Neftçi"ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 16-cı dəqiqədə Olavio Juninyo açıb. Qonaqların heyətində 61-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. Ruslan Mirzov 63-cü dəqiqədə fərqi azaldıb. Juninyo 69-cu dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 78-ci dəqiqədə Nəriman Axundzadə müəyyənləşdirib.

Yarımfinalın ilk görüşündə "Zirə" səfərdə "Qəbələ"yə iki cavabsız topla qalib gələrək finala yüksəlib. Bu komandalar arasında ilk oyunda da "qartallar" 2:1 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu