Operativ Məlumat Mərkəzi

"Qarabağ" - "Neftçi" oyunu bərabərə bitib

1 dəq
Paylaş:
"Qarabağ" - "Neftçi" oyunu bərabərə bitib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, sonuncu görüşdə "Qarabağ" "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 33-cü dəqiqədə Kilan Lebon vurub. Qonaqların heyətində Höccət Haqverdi 83-cü dəqiqədə avtoqol müəllifi olub.

Hazırda üçüncü pillədə qərarlaşan "Neftçi" xallarının sayını 49-a çatdırıb. Lider "Qarabağ"ın 62 xalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər