Operativ Məlumat Mərkəzi

"Qarabağ"ın hücumçularından yeni rekord

2 dəq
Paylaş:
"Qarabağ"ın hücumçularından yeni rekord
həmin matç “köhlən atlar”ın hücumçuları – Ramil Şeydayev və Musa Qurbanlı üçün əlamətdar olub. Adıçəkilən futbolçular 2022/23 mövsümündə ümumilikdə 35...

“Qarabağ” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”i məğlub edib (3:0).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin matç “köhlən atlar”ın hücumçuları – Ramil Şeydayev və Musa Qurbanlı üçün əlamətdar olub. Adıçəkilən futbolçular 2022/23 mövsümündə ümumilikdə 35 qol vurublar.

Qurbanlı “dənizçilər”lə matçda fərqlənib və qollarının sayını 18-ə çatdırıb. Şeydayevin aktivində isə 17 qol var.

Eyni zamanda, onlar 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordunu müəyyənləşdiriblər.

Buna qədər həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin keçmiş futbolçuları 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə fərqlənə bilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər