Operativ Məlumat Mərkəzi

"Qarabağ Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək" - ŞƏRH

1 dəq
Paylaş:
"Qarabağ Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək" - ŞƏRH
Azərbaycan sülh gündəliyinə sadiqdir. Bu görüşdən gözlənti ondan ibarətdir ki, tərəflər arasında sülhün tezliklə bərqərar olunmasına imkan yarada bilər....

"Azərbaycan yeni mərhələyə qədəm qoyur. Qarabağın, eləcə də Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradıb".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Millət vəkili Vüqar Bayramov dedi.

"Nəzərə alsaq ki, Azərbaycan - Ermənistan rəhbərlərinin Brüsseldə oktyabrın sonunda görüşü gözlənilir. Bu ondan xəbər verir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Bu görüşdən gözlənti ondan ibarətdir ki, tərəflər arasında sülhün tezliklə bərqərar olunmasına imkan yarada bilər. Digər tərəfdən iqtisadi imkanlar barədə də danışmaq olar. Ərazilərin işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatında 10% artıma səbəb ola bilər. Bu Azərbaycan üçün 8 milyard yeni dəyər deməkdir. Ona görə də Qarabağ yeni mərhələdə Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər