Operativ Məlumat Mərkəzi

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

1 dəq
Paylaş:
“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi
həmin qələbə sayəsində Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib. Bu, “Qarabağ”ın tarixində...

“Qarabağ” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”dən üstün olub (3:0).

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həmin qələbə sayəsində Qurban Qurbanovun yetirmələri həm medallardan birini, həm də avrokuboklara vəsiqəni əldə edib.

Bu, “Qarabağ”ın tarixində Azərbaycan çempionatındakı 17-ci mükafatdır. Ağdam təmsilçisinin aktivində 9 qızıl, 4 gümüş və 3 bürünc medal var.

“Qarabağ” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində çempion olub. Bölgə təmsilçisi 1993/1994, 1996/1997, 2012/2013, 2020/2021 mövsümlərində “gümüş” qazanıb. 2003/2004, 2009/2010, 2010/2011 mövsümlərində də “üçlük”də yer alan “Qarabağ” bürünc medalla kifayətlənib.

Medal sayında “Qarabağ” yalnız “Neftçi”dən geri qalır. “Ağ-qaralar”ın 20 mükafatı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər