Operativ Məlumat Mərkəzi

“Qarabağ” – “Bayer 04” oyununu ingiltərəli hakimlər idarə edəcək

1 dəq
Paylaş:
“Qarabağ” – “Bayer 04” oyununu ingiltərəli hakimlər idarə edəcək
qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Kreyq Pousona Saymon Bennett və Lee Bets kömək göstərəcək. Dördüncü hakim...

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununun təyinatları bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kreyq Pousona Saymon Bennett və Lee Bets kömək göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Carred Cillett, AVAR-da isə Mixael Salisburi olacaq.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 21:45-də başlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər