Operativ Məlumat Mərkəzi

Qanunsuz kömür quyusu aşkarlanıb

1 dəq
Paylaş:
Qanunsuz kömür quyusu aşkarlanıb
Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması...

Qubada qanunsuz kömür quyusu aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

Qanunsuz kömür istehsal edənin rayon sakini Yavər Hüseynov olduğu müəyyənləşib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər