Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib

Qanunsuz dərman satan aptek sahiblərinə xəbərdarlıq edilib
17.07.2023 17:44
Aa
dəq

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində fəaliyyətində nöqsanlar aşkarlanan aptek şəbəkələrinin məsul şəxsləri ilə görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, ölkənin dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti və tənzimləməsini həyata keçirən mərkəz əczaçılıq sahəsində dərman vasitələrinin dövriyyəsi zamanı yaranan problemlərin daha effektiv şəkildə aradan qaldırılması məqsədilə digər dövlət qurumları ilə müntəzəm əməkdaşlıq edir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində aparılan yoxlamalar nəticəsində fəaliyyətinlərində nöqsanlar aşkarlanan çoxsaylı aptek şəbəkələrinin məsul şəxsləri ilə Analitik Ekspertiza Mərkəzində görüş keçirilib.

Görüşdə apteklərdə rast gəlinən nöqsanların aradan qaldırılması, mövcud qanunvericiliyin tələblərinin təbliğ olunması, əczaçılıq sahəsində sahibkarlara maarifləndirici dəstək mövzuları ətrafında müzakirələr aparılıb. Xüsusilə, lisenziyasız aptek fəaliyyətinin, apteklərdə qeydiyyatsız dərman satışının, sertifikasiyadan keçməmiş əczaçıların işə götürülməsinin qanunvericiliklə yol verilməməsinin, eləcə də digər pozuntulara görə İnzibati Xətalar Məcəlləsi üzrə cərimələrin və cinayət məsuliyyətinin nəzərdə tutulduğu bir daha aptek şəbəkələrinin nümayəndələrinin diqqətinə çatdırılıb.

Tədbir zamanı sahibkarların sualları cavablandırılıb, problemləri dinlənilib, birgə həll yolları müzakirə edilib.

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu