Əsas məzmuna keç

“Qalatasaray” “Qarabağ”ın rekordunu yeniləyə bilər

“Qalatasaray” “Qarabağ”ın rekordunu yeniləyə bilər

İstanbul təmsilçisinə bunun üçün Super Liqanın növbəti matçında qalibiyyət kifayət edəcək. Hazırda Avropa rekordu mövsümün startında Azərbaycan Premyer...

Türkiyənin “” klubu “”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 qələbə seriyasını təkrarlaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul təmsilçisinə bunun üçün Super Liqanın növbəti matçında kifayət edəcək.

Hazırda Avropa rekordu mövsümün startında Premyer Liqasının ardıcıl 13 görüşündə büdrəməyən “Qarabağ”a məxsusdur. “Qalatasaray” isə Super Liqanın son 12 turunda rəqiblərini üstələməyi bacarıb.

Ümumilikdə Avropanın 11 klubu cari mövsüm ardıcıl minimum 10 qalibiyyət əldə edə bilib. “Qarabağ”ın başçılıq etdiyi siyahıda “Qalatasaray” istisna olmaqla, digər komandaların hamısının seriyası dayanıb.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə çempionatında növbəti oyununu martın 11-də keçirəcək. “Sarı-qırmızılılar” həmin gün XXV turun matçında turnir cədvəlinin autsayderlər zonasında qərarlaşan “Kasımpaşa”nı qəbul edəcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…