“Qalatasaray”la oyun üçün çox böyük işlər görülür” – Qurban Qurbanov

“Qalatasaray”la oyun üçün çox böyük işlər görülür” – Qurban Qurbanov
25.03.2023 20:25
Aa
dəq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyənin “Qalatasaray” komandasına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə fikirlərini bölüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında matça ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda çox gözəl ab-hava gördüyünü bildirib:

“Ən vacib amil görüşün mahiyyətidir. Bu oyun Türkiyədəki zəlzələdən sonrakı durum üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın. Təşkilatçılara təşəkkür edirəm. Məlumatım var, klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Mənim üçün çox xoş oldu. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşmadır”.

Bakıda İstanbul klubunun azarkeşlərinin çox olduğunu xatırladan Qurbanov hamının bu matçı gözlədiyini söyləyib: “Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbr diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın”.

Təcrübəli baş məşqçi heyətdə edəcəyi mümkün rotasiyalara da toxunub: “Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, keçmiş “Qarabağ”lıları heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri – Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizim öz uşaqlarımızdır. “Sabah”dan legioner dəvət etmək fikrimiz var idi. Son anadək gözlədik ki, əlimizdəki oyunçuların durumunu bilək. Dünən qəti qərarımı verdim. Murad Musayev, Elmar Baxşıyev və Ayxan Abbasovun müsahibələrini oxudum, Cavid Hüseynov və digərləri ilə danışdım. Hər birinə təşəkkür edirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Necə oyunçu lazımdırsa, verməyə hazır olduqlarını bildirdi. Amma çox futbolçu götürmək istəmədik”.

Həftənin ən çox oxunanları

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası:
DAVAMIN OXU davamın oxu

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu