Operativ Məlumat Mərkəzi

Putin və Ərdoğanın müzakirə edəcəyi məsələlər məlum olub

1 dəq
Paylaş:
Putin və Ərdoğanın müzakirə edəcəyi məsələlər məlum olub
o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə “Taxıl sazişi” və Ukraynadakı müharibənin gələcəyini müzakirə edəcək. İki ölkə liderləri həmçinin...

Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Türkiyəyə səfəri zamanı müzakirə etməyi planlaşdırdığı məsələlər məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “A Haber”a istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə “Taxıl sazişi” və Ukraynadakı müharibənin gələcəyini müzakirə edəcək.

İki ölkə liderləri həmçinin Moskva və Kiyev arasında ehtimal edilən sülh müqaviləsi barədə danışacaqlar.

Məlumata görə, artıq səfərlə bağlı hazırlıqlara başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər