Operativ Məlumat Mərkəzi

Putin Rusiyanın etibarlı müttəfiqi açıqlayıb

1 dəq
Paylaş:
Putin Rusiyanın etibarlı müttəfiqi açıqlayıb

Rusiya prezidenti Vladimir Putin Tacikistanı Moskvanın etibarlı müttəfiqi adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bunu Tacikistan prezidenti Emoməli Rəhmonla görüşündə deyib.

“Tacikistan bizim etibarlı müttəfiqimiz və yaxşı iqtisadi tərəfdaşımızdır. Rusiya Federasiyası Tacikistanın ticarət-iqtisadi tərəfdaşları arasında birinci, investisiyaların həcminə görə ikinci yerdədir”, - deyə Putin bildirib.

O, həmçinin Moskva ilə Düşənbə arasında münasibətlərin konstruktiv və etibarlı olduğunu qeyd edərək, onların yaxşı templə inkişaf etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər