Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət bu başçısı bu barədə Federal Məclisə illik müraciəti zamanı danışıb.
“Onlar başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var", - deyə prezident bildirib.
Onun sözlərinə görə Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq.
O, Rusiyanın strateji nüvə qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu deyib.
Rusların Qərbdən gələn "rusofobiya"nın qurbanı olduğunu vurğulayan Putin, bunu ağılsız yanaşma kimi qiymətləndirib.