Rusiya Prezidenti Vladimir Putin Mojtaba Xameneini İranın Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Rəsmi Kremlə istinadən xəbər verir ki, Rusiya lideri ölkənin xarici hərbi təzyiqlərlə üzləşdiyi bir dövrdə Xameneinin bu məsuliyyətli postdakı fəaliyyətinin böyük cəsarət və fədakarlıq tələb etdiyini vurğulayıb.
Putin öz müraciətində İranla həmrəy olduğunu bildirərək, Rusiyanın İslam Respublikası üçün etibarlı tərəfdaş olaraq qalacağını qeyd edib. Məktubda deyilir:
"Əminəm ki, Siz atanızın yolunu şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını daha da sıx birləşdirəcəksiniz".