Operativ Məlumat Mərkəzi

Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib

1 dəq
Paylaş:
Putin Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib
Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 25-dən 27-dək Rusiyada işgüzar səfərdədir. Nazirlərin mayın 27-də danışıqlar...

Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı Kremldə qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 25-dən 27-dək Rusiyada işgüzar səfərdədir.

Nazirlərin mayın 27-də danışıqlar aparacağı və Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlardan sonra vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Nazirlər həmçinin Rusiya və Ukrayna arasında danışıqların gələcək tarixlərini də müzakirə edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər