Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Moskvada rəsmi danışıqlar aparacaq.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Vladimir Putin və Nikol Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər.
"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub.