“Beynəlxalq ictimaiyyəti gərginliyi azaltmağa, atəşkəs yaratmağa və Fələstin-İsrail məsələsində siyasi həll yolu tapmaq üçün səyləri birləşdirməyə çağırırıq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin BRİKS liderləri və BRİKS üzvlüyünə dəvət olunan ölkələrin liderlərinin qatıldığı onlayn sammitdə səsləndirib.
Cənubi Afrikanın təşəbbüsü ilə təşkil edilən sammitin Qəzza zolağındakı çətin vəziyyətə görə doğru zamanda keçirildiyini vurğulayan Putin,-“Minlərlə insanın ölümü, mülki əhalinin kütləvi deportasiyası və bunun nəticəsində yaranan humanitar fəlakətdən son dərəcə narahatlıq doğurur", -deyə qeyd edib.
Çox sayda uşağın da həyatını itirdiyini bildirən Putin, vəziyyətin olduqca acınacaqlı olduğunu vurğulayıb.