Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı "Telegram"ın təsisçisi Pavel Durovla görüşməkdən imtina edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, hər ikisi eyni vaxtda Bakıda olub və səfərdən bir neçə gün əvvəl Rusiya Prezident Administrasiyasının əməkdaşları Putinə Durovla görüş keçirməyi təklif ediblər, lakin o, təklifi rədd edib.
Təklifin rədd edilməsinin səbəbləri və mümkün görüş mövzusu bilinmir.
