Putin: Azərbaycan-Rusiya münasibətləri müsbət məcrada inkişaf edir

Putin: Azərbaycan-Rusiya münasibətləri müsbət məcrada inkişaf edir
08.10.2024 13:42
Aa
dəq

Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, - o bildirib.

V.Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.

“Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”, - Rusiya lideri bildirib.

Onun sözlərinə görə, sevindirici haldır ki, MDB dövlət başçılarının sammiti çərçivəsində “bu gün cari məlumat, cari işlər haqqında məlumat mübadiləsi aparmaq və bəlkə də bu irəliləyişə müəyyən düzəlişlər etmək imkanı var, bu irəliləyiş isə göz qabağındadır”.

Həftənin ən çox oxunanları

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir
DAVAMIN OXU davamın oxu

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 2

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 2
DAVAMIN OXU davamın oxu

Prezident: Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir

Prezident: Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir
DAVAMIN OXU davamın oxu

Prezident: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır

Prezident: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır
DAVAMIN OXU davamın oxu

Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır

Uşakov: Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşü hələ planlaşdırılmır
DAVAMIN OXU davamın oxu