Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko danışıqları bu gün davam etdirirlər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kremldən bildirilib.
Danışıqların həmçinin geniş tərkibdə keçiriləcəyi də qeyd olunub.
Qeyd edək ki, iyunun 26-da Lukaşenko Rusiyaya səfər edib. Dünən Putin və Lukaşenko Valdaydakı prezident iqamətgahında uzun danışıqlar aparıblar. Prezidentlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətləri ilə birgə görüşüblər.