UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün final matçı baş tutub. Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da təşkil olunan həlledici görüşdə PSJ və "Arsenal" komandaları qarşılaşıb.
Gərgin keçən mübarizənin əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İngiltərə təmsilçisi 6-cı dəqiqədə Kay Havertsin qolu ilə hesabı açsa da, Paris klubu 65-ci dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla cavab verib.
Əlavə vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə müraciət olunub. 4:3 hesabı ilə rəqibindən üstün olan PSJ ardıcıl ikinci dəfə turnirin qalibi adını qazanıb.